KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən ötən il noyabrın 21-də rayon ərazisində...

07.02.2019

Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən ötən il noyabrın 21-də rayon ərazisində “QAZel” markalı avtomobildən 210 manat, mobil telefon və 1800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini İ.Məmmədov saxlanılmışdır.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Abbasovdan 510 qram heroin aşkar edilərək götürülmüşdür.

Nizami RPİ 24-cü PŞ-nin əməkdaşları tərəfindən paytaxt sakini olan bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş N.Əbdülrahibov saxlanılmışdır.

Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun rayon ərazisindəki ticarət mərkəzlərinin birində Bakı şəhər sakinləri R.Qəmbərovanın və R.Məlikovun mobil telefonlarını oğurlaması da müəyyən edilmişdir.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 12-dən cari il yanvarın 27-dək olan müddətdə rayon ərazisində 4 avtomobildən maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Məmmədov saxlanılmışdır.