KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş ...

11.02.2019

Oğurluq etdiyinə görə tutulmuş M.Mustafayevin ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 20-də rayon ərazisindəki mağazaların birindən 753 manat oğurlaması da müəyyən edilmişdir.
 
Qaradağ RPİ 11-ci PB-nin əməkdaşları tərəfindən yanvarın 1-də rayon ərazisindəki mənzillərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu, Sahil qəsəbə sakini A.Suvarov saxlanılmışdır.
 
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Binəqədi rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Fevralın 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini L.Həsən qızının bıçaqla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qadının əri T.Qurbanov müəyyən edilərək saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb.
 
Oğurluq etdiyinə görə tutulmuş E.İsayevin ətrafında Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 6 avtomobildən pul, mobil telefon, kosmetik əşyalar, maqnitofon və geyim əşyaları və içərisində 32.000 rus rublu (960 manat) və sənədlər olan çanta oğurlaması da müəyyən edilmişdir