KRİMİNAL XRONİKA

Əsas səhifə

Fevralın 16-da saat 1 radələrində Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki mağazaların birindən...

15.02.2019

Fevralın 16-da saat 1 radələrində Nəsimi rayonu C.Məmmədquluzadə küçəsindəki mağazaların birindən rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olmuşdur. Dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərən 4 yeniyetmə saxlanılmışdır. Onlar 20-ci Polis Bölməsinə təhvil verilmişlər. Araşdırma aparılır.

Fevralın 16-da saat 1 radələrində paytaxtın Nizami rayonunun  Ə.Hacıyev küçəsində “Hyundai” markalı avtomobilin qapısını bıçaqla açmağa cəhd göstərən şəxs ərazidə xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanmışdır. 25-ci Polis Şöbəsinə təhvil verilən həmin şəxsin Lənkəran rayon sakini  C.Hacızadə olduğu müəyyən eduilmişdir. Araşdırma aparılır.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 10.000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Məmmədova saxlanılmışdır.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir qadının qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Ağdam rayon sakini A.Behbudov saxlanılmışdır.

Suraxanı RPİ 30-cu PŞ  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 3 mağazadan pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda  şübhəli bilinən Bakı şəhər sakinləri C.Musayev və əvvəllər məhkum olunmuş S.Həsənzadə saxlanılmışlar.