KRİMİNAL XRONİKA

Əsas səhifə

Fevralın 15-də saat 20 radələrində Xəzər rayonunun ...

16.02.2019

Fevralın 15-də saat 20 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Abasov idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini S.Hüseynovanı vuraraq yolun hərəkət hissəsinə atmış və arxadan gələn “Volkswagen” markalı, A.Əliyevin idarə etdiyi avtomobil onun üzərindən keçmişdir. Nəticədə piyada hadisə yerində ölmüşdür. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
 
Metropolitendə PŞ və Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də rayon ərazisindəki mağazaların birindən soyğunçuluq yolu ilə içərisində 220 manat olan qutunu aparmaqda şübhəli bilinən Biləsuvar rayon sakini S.Məmmədov saxlanılmışdır.
  
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 29-da rayon ərazisində bir avtomobildən mobil telefon, müşahidə kamerası və maqnitofon kabeli oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş N.Dəmirov saxlanılmışdır.