KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş...

19.02.2019

Oğurluq etdiyinə görə tutulmuş A.Əlimərdanovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il sentyabrın 15-də rayon ərazisində “İsuzu” markalı avtomobildən içərisində 200 manat, maaş kartı, sürücülük və şəxsiyyət vəsiqələri olan pulqabını oğurlaması da müəyyən edilmişdir.
 
Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən ötən il noyabrın 8-də iki qadının içərisində pul, mobil telefon və sənəd olan çantalarını oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini S.Balayeva saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun ötən il dekabrın 28-də daha bir qadının içərisində 400 manat, bankomat kartı və sənəd olan pulqabısını oğurlaması da müəyyən edilmişdir.