KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının ...

20.02.2019

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarş tədbirləri nəticəsində saxlanılan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş H.Mirzəyevdən “Ceska-Zbroscvka” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülmüşdür.
Faktla bağlı cinayət işi başlanılmışdır. 

Suraxanı RPİ 33-cü PB və Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfərin cibindən 202 manat oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini E.Quliyev saxlanılmışdır.

Fevralın 20-də saat 12 radələrində Binəqədi rayonunun Azadlıq prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Ş.Əmrahova vurulmuşdur. Nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Camalov saxlanılmışdır.