KRİMİNAL XRONİKA

Əsas səhifə

Fevralın 22-də saat 1 radələrində Xətai rayonu ərazisindən ...

22.02.2019

Fevralın 22-də saat 1 radələrində Xətai rayonu ərazisindən Bakı şəhər sakini A.Aslanova məxsus “Lexus” markalı avtomobil qaçırılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində avtomobilin paytaxt sakinləri N.İldarzadə və E.Nəcəfov tərəfindən qaçırılması və rayon ərazisində idarə edilərkən səkiyə vurması müəyyən edilmişdir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxslər saxlanılaraq Xətai RPİ 36-cı PB-yə təhvil verilmişdir.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 10-da rayon ərazisindəki “Mercedes” markalı avtomobildən 500 manat və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər qanunsuz olaraq narkotik vasitə istifadə etdiyinə və saxladığına görə məhkum olunmuş K.Nəcəfov saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  yanvarın 16-da Bakı şəhər sakini A.Əmirovanın çantasından 300 manat pul oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər oğurluq, qanunsuz olaraq narkotik vasitə istifadə etdiyinə və saxladığına görə, o cümlədən rəsmi sənədləri, ştampları, möhürləri oğurladığına görə məhkum olunmuş S.Quliyeva saxlanılmışdır.

Nəsimi RPİ  22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 21-də rayon ərazisindəki evlərin birindən 250 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Kazımova saxlanılmışdır.