KRİMİNAL XRONİKA
Əsas səhifəBakı ŞBPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...
25.02.2019
Bakı ŞBPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də və 24-də “Bakı Telekom Rabitə” MMC-yə və 5 saylı Rabitə Xidmətləri Mərkəzinə məxsus rabitə kabellərini kəsərək oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Ələkbərov saxlanılmışdır.
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 23-də paytaxt sakini olan bir qadının içərisində 90 manat və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılmışdır.
Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki mağazaların birindən 423 manat oğurlamaqda və 1 mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Quba rayon sakinləri, əvvəllər məhkum olunmuşlar S.Pənahov və A.Həsənov saxlanılmışlar.
Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən rayon ərazisində 1 avtomobildən 200 manat və 4500 ABŞ dolları oğurlamaqda, 1 avtomobildən isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Abşeron rayon sakini E.İsayev saxlanılmışdır.
Soyğunçuluq etdiyinə görə tutulmuş Qədir Rzayevin ətrafında Yasamal RPİ 29-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 24-də C.Rüstəmovun velosipedini oğurlaması da müəyyən edilmişdir.
Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-dən fevralın 19-dək olan müddətdə rayon ərazisindəki 2 kafedən və 1 evdən elektrik alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həsənov saxlanılmışdır.