KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının ...

26.02.2019

Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Əmircan qəsəbə sakini S.Dadaşov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan çəkisi 795 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür.
 
Faktla bağlı cinayət işi başlanılmışdır. 

Qanunsuz saxlanılan silah-sursatın könüllü təhvil verilməsi məqsədilə polis əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər öz nəticələrini verir. Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini olan qadın evinin çardağında idman çantasının içində mərhum qardaşına məxsus silah-sursat aşkar etdiyini və onları könüllü olaraq polisə təhvil vermək istədiyini bildirmişdir. Həmin ünvana gələn polis əməkdaşları oradan 2 ədəd “F-1” qumbarasını, 2 ədəd alışdırıcını, 64 ədəd avtomat patronunu, 2 ədəd patron darağını, 2 ədəd siqnal fişəngini və 1 ədəd silah təmizləmə ləvazimatını aşkar edərək götürmüş və aidiyyatı üzrə təhvil vermişlər. 

Oğurluq etdiyinə görə tutulmuş Elxan İsayevin ətrafında Binəqədi RPİ 4-cü və 5-ci PŞ-lərin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 3 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də Keşlə qəsəbəsi ərazisində Tovuz rayon sakini N.Sadıqovun cibindən 200 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Novruzov saxlanılmışdır.

Nizami RPİ 23-cü PB-nin əməkdaşları tərəfindən fevralın 25-də rayon ərazisində  “Renault” markalı avtomobildən 109 manat və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Hacıyev saxlanılmışdır.