KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

27.02.2019

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-dən fevralın 27-dək olan müddətdə Buzovna qəsəbəsi ərazisindəki 3 evdən, ümumilikdə 2300 metr elektrik naqili, elektrik təmir-tikinti alətləri və su mühərriki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Əmrahov və S.Babayev saxlanılmışlar.

Səbail RPİ 41-ci PB-nin əməkdaşları tərəfindən fevralın 20-də paytaxt sakini D.İsmayılovun mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş A.Ağayev saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun və A.Həsənovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 1-də rayon ərazisindəki mağazaların birindən 640 manat oğurlamaları da  müəyyən edilmişdir.

Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən fevralın1-də paytaxt sakini F.Muradovanın içərisində 128 manat, 2 ədəd mobil telefon və açarlar olan çantasını oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini A.Həsənov saxlanılmışdır.

Yasamal RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Cabbarovun rayon ərazisindəki evindən 485 qram marixuana, habelə heroin aşkar edilərək götürülmüşdür.

Xətai RPİ 37-ci PŞ-nin əməkdaşları tərəfindən fevralın 3-də rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini İ.İsmayılov saxlanılmışdır.