KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən ...

28.02.2019

Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən ötən il noyabrın 24-də rayon ərazisində 1 avtomobildən 180 manat və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini E.İsayev saxlanılmışdır.
 
Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da paytaxt sakini E.Səfərovun 200 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən R.Ağayev saxlanılmışdır. 
 
Dələduzluq etdiyinə görə tutulmuş M.Əliyevanın ətrafında Nizami RPİ 24-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin fevral ayından sentyabr ayınadək olan müddətdə Bakı şəhər sakinləri D.Babayevanı, A.Əbdürrəhmanovanı, Y.Xəlilovu və R.Xudaverdiyevanı aldadıb onlardan qızıl-zinət  əşyaları alması da müəyyən edilmişdir.