KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri ...

05.03.2019

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 4-də rayon ərazisində “Karsan” markalı marşrut avtobusundan 146 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini V.Abdullayev saxlanılmışdır.
 
Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də paytaxt sakini D.İslamovanın içərisində 150 manat, mobil telefon və bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini R.Rüstəmov saxlanılmışdır.