KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ-nin 31-ci, 32-ci və 33-cü Polis bölmələri ...

07.03.2019

Suraxanı RPİ-nin 31-ci, 32-ci və 33-cü Polis bölmələri əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bülbülə qəsəbəsi ərazisində yaşayan, əvvəllər məhkum olunmuş V.Bayramovun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 800 qramdan artıq heroin və 3,2 kiloqramdan çox marixuana götürülmüşdür.
 
Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Həsənovdan heroin, evindən isə 315 qram marixuana, Nəsimi RPİ 20-ci Polis Bölməsinin əməkdaşları Bakı şəhər sakini S.Əliyevdən 480 qram marixuana götürmüşlər. Faktlarla bağlı cinayət işləri başlanmışdır.
 
Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Mirzəyev saxlanılmışdır