KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

08.03.2019

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il fevralın 23-dən martın 7-dək olan müddətdə Yeni Günəşli qəsəbəsi ərazisindəki 4 evin girişindən 3 ədəd internet şəbəkə ötürücüsünü və 1 ədəd internet avadanlığını oğurlamaqda şübhəli bilinən qəsəbə sakini M.Gülmətov saxlanılmışdır. 

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il fevralın 24-dən martın 3-dək olan müddətdə Maştağa qəsəbəsindəki evlərin birindən ümumilikdə 2500 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən, qəsəbə sakini olan 4 yeniyetmə saxlanılmışdır.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan İ.Mürsəliyev saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun bu ilin fevral ayı ərzində 2 avtomobilin yan güzgülərini, habelə ayrı-ayrı vətəndaşlara məxsus velosipedi, mobil telefonu və kanalizasiya quyusunun qapağını oğurlaması da müəyyən edilmişdir.

Martın 8-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisindən qəsəbə sakini R.Quliyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmışdır. Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər qanunsuz narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuş S.Bayramov saxlanılmışdır.