KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində ...

10.03.2019

Binəqədi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olduqlarına görə 2 qadın və 5 azyaşlı saxlanılmış və barələrində protokol tərtib edilmişdir.
 
Martın 10-da Binəqədi qəsəbəsində yaşayan F.Soltanlı evinin həyətində “Mercedes” markalı avtomobilini saxlayıb düşmüş, bu zaman avtomobil əyləcdən çıxıb hərəkətə gəldiyindən azyaşlı qızı təkərin altında qalaraq ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır. 
 
Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 37-ci PŞ  əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də Bakı şəhər sakini olan bir qadının içərisində 800 manatı olan pulqabısını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Rzayev və qardaşı, əvvəllər məhkum olunmuş V.Rzayev saxlanılmışlar.