KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ-nin 33-cü Polis Bölməsi əməkdaşlarının...

12.03.2019

Suraxanı RPİ-nin 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə Bakı şəhər sakinləri olan 12 nəfərin pullarını almaqda şübhəli bilinən paytaxt sakini E.Kərimov saxlanılmışdır.
 
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də paytaxt sakini R.Baxşəliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər qəsdən sağlamlığa yüngül zərər vurma və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş N.Nağıyev saxlanılmışdır.
 
Oğurluq etdiyinə görə tutulmuş R.Ələsgərovun ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 evdən 600 manat, habelə 1 mağazadan 300 manat və 500 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.
 
Narkotik vasitə ilə tutulmuş E.Fətullayevin ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 1-dən 8-dək olan müddətdə rayon ərazisindəki 1 sexdən elektrik açarı, habelə 3 evin girişindəki su sayğaclarını oğurlaması da müəyyən edilmişdir
 
Xətai RPİ 37-ci PŞ-nin əməkdaşları tərəfindən yanvarın 8-də rayon ərazisində bir avtomobildən 72 manat və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Tağıyev saxlanılmışdır.