KRİMİNAL XRONİKA

Əsas səhifə

Kriminalistik Tədqiqatlar İdarəsi və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri...

14.03.2019

Kriminalistik Tədqiqatlar İdarəsi və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri  əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də rayon ərazisindəki 1 köşkdən 90 manat, danışıq kartları və tütün məmulatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa, oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ə.Məhərrəmov saxlanılmışdır.

Binəqədi RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Qədimovdan 1 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.

Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən fevralın 1-də rayon ərazisində “BMW” markalı avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Q.Əliyev saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun fevralın 7-də “Nissan” markalı avtomobildən 300 manat oğurlaması da müəyyən edilmişdir.

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri  əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də Bakı şəhər sakini V.Həsənova məxsus 20 ton armaturu oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri R.Sadıxov və İ.Kərimov saxlanılmışlar.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri  əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da rayon ərazisindəki evlərin birindən 2000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S.Rüstəmov saxlanılmışdır.

Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən fevralın 12-də rayon ərazisindəki evlərin birindən 165 manat, mobil telefon və geyim əşyası oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır.

Pirallahı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri  əməliyyat-axtarış tədbirləri nəticəsində Pirallahı qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Hunqutayevdən 487 qram marixuana aşkar edilərək götürülmüşdür.