KRİMİNAL XRONİKA

Əsas səhifə

Polis əməkdaşlarının apardıqları əməliyyat və profilaktik tədbirlər nəticəsində...

15.03.2019

Polis əməkdaşlarının apardıqları əməliyyat və profilaktik tədbirlər nəticəsində Nardaran qəsəbə sakini X.İsayev müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ 42-ci Polis Bölməsinə təhvil vermişdir.

Narkotik vasitə ilə tutulmuş E.Fətullayevin ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən  aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 2 mənzilin su və elektrik sayğaclarını oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində narkotik daşımaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş K.Hacıbabayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan çəkisi 453 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür. Faktla bağlı araşdırma aparılır. 

Polis əməkdaşlarının apardıqları əməliyyat və profilaktik tədbirlər nəticəsində paytaxtın Bayıl qəsəbə sakini S.Fərəcullayev qəsəbə ərazisindən tapdığı nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 7 ədəd patronu Səbail RPİ-nin 8-ci Polis Bölməsinə təhvil vermişdir.