KRİMİNAL XRONİKA

Əsas səhifə

Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri...

17.03.2019

Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində  rayon sakini N.Eskəndərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan çəkisi 460 qram olan marixuana aşkar edilərək götürülmüşdür. 
Araşdırma aparılır. 

Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Babayev “Mercedes” markalı avtomobilindən mobil telefonunun oğurlandığını bildirmişdir. Müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində  oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini , əvvəllər məhkum olunmuş T.Quliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və metamfetamin də aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin silah gizlətməsi də müəyyən edilmişdir. Onun Əhmədli qəsəbəsində yaşadığı evin yaxınlığında gizlətdiyi “TT” markalı tapança aşkar edilərək götürülmüşdür.   
Araşdırma aparılır. 

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2 mağazadan tütün məmulatı, danışıq kartları, parfümeriya və geyim əşyaları, 4 evdən pul, təmir-tikinti alətləri və məişət əşyaları, habelə B.Kərimovun cibindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini bir yeniyetmə saxlanılmışdır.