KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş M.Mustafayevin ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi...

18.03.2019

Oğurluq etdiyinə görə tutulmuş M.Mustafayevin ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha bir evdən 860 manat və bir zirzəmidən kombi aparatı oğurlaması da müəyyən edilmişdir.

Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 16-da Bakı şəhər sakini V.Mahmudovun “Mercedes” markalı avtomobilindən 200 manat və gödəkçə oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Cəfərov saxlanılmışdır.

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Ağazadənin “BMW” markalı avtomobilindən noutbuk və sənəd oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov saxlanılmışdır.

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Nəsibovun bank hesabından 523 manatını çıxararaq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Məmmədov saxlanılmışdır.

Səbail RPİ 41-ci PB əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da əcnəbi vətəndaş T.Çodrinin 900 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Rəhimova saxlanılmışdır.