KRİMİNAL XRONİKA

Əsas səhifə

Martın 23-də saat 23 radələrində Səbail rayonunun Salyan Yolu küçəsində Bakı şəhər sakini...

24.03.2019

Martın 23-də saat 23 radələrində Səbail rayonunun Salyan Yolu küçəsində Bakı şəhər sakini R.Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Roman Cəfərovu və Vahid Rəhimovu vurmuşdur. Hər iki piyada xəstəxanaya yerləşdirilmiş, R.Cəfərov orada ölmüşdür. Səbail RPİ tərəfindən araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin ətrafında Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Quba rayon sakini A.Həsənovla birgə rayon ərazisindəki mağazaların birindən 850 manat pul oğurlaması da müəyyən edilmişdir. Görülmüş tədbirlərlə A.Həsənov da saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Ə.Zeynallının ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki çay evlərinin birindən 4 ədəd televizor və suvenir oğurlaması da müəyyən edilmişdir.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 24-də Lənkəran rayon sakini olan qadını döyərək quldurluq yolu ilə mobil telefonunu almaqda şübhəli bilinən Cəlilabad rayon sakini E.Babayev saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E. Həsənovdan 510 qram heroin götürülmüşdür.