KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsi, Nizami RPİ 24-cü PŞ və Nərimanov RPİ 16-cı PB...

27.03.2019

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsi, Nizami RPİ 24-cü PŞ və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 24-də Bakı şəhər sakini S.Məmmədovanın çantasından 230 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş Z.Bayramova saxlanılmışdır.

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 20-də Bakı şəhər sakini Ş.Mehdiyevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “NAZ Lifan” markalı avtomobilin sürücüsü, paytaxt sakini T.Baxşəliyev saxlanılmışdır. 

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 24-də Bülbülə qəsəbəsindəki evlərin birindən 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini T.Mehdiyev saxlanılmışdır.

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş K.Şuari saxlanılımışdır. Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “TT” markalı tapança aşkar edilərək götürülmüşdür. Araşdırma aparılır. 

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Nəzərov H.Z.Tağıyev küçəsində naməlum şəxsin onun 4500 manatını açıq talama yolu ilə aldığını bildirmişdir. Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Qısa müddətdə bu cinayət əməlini törədənin şəxsiyyəti və onun Astara rayonu ərazisində olması müəyyən edilmişdir. 9-cu Polis Bölməsi və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini Ş.Dadaşov rayon ərazisində saxlanılmışdır. Araşdırma aparılır.