KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

31.03.2019

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 30-da rayon ərazisində “Hyundai” markalı avtomobildən içərisində geyim və kosmetik əşyalar olan çanta oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Quliyev saxlanılmışdır.

Bakı Şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi, Nizami RPİ 25-ci PŞ və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 28-də  Bakı şəhər sakini A.Bayramovanın çantasından içərisində 200 manat, 20 avro və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini İ.Cəfərov saxlanılmışdır.