KRİMİNAL XRONİKA

Əsas səhifə

Aprelin 1-də saat 9 radələrində Yasamal rayonu ərazisindəki marketlərin birinə gəlmiş...

01.04.2019

Aprelin 1-də saat 9 radələrində Yasamal rayonu ərazisindəki marketlərin birinə gəlmiş naməlum şəxs orada satıcı işləyən qadını bıçaqla hədələyib kassadakı  205 manatı aparmışdır. 28-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır. Araşdırma aparılır.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Zabrat qəsəbəsi ərazisində A.Hüseynova məxsus “Ford” markalı avtomobilin hissələrini sökərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Səfərov, R.Hacıyev və Ş.Nuriyev saxlanılmışlar.

Quldurluq etdiyinə görə tutulmuş N.Mustafazadənin  ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 3 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Aprelin 1-də saat 10 radələrində Nəsimi rayonunun R.Behbudov küçəsində Bakı şəhər sakini Ramiz Əmiraslanov idarə etdiyi “MG” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Valəddin Niyazovu, onun oğlu Seymuru, Naxçıvan şəhər sakini Təminə Rüstəmovanı və Gəncə şəhər sakini Xanım Quliyevanı vurmuş və idarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanacaqda dayanmış “Baku-Bus” MMC-yə məxsus “İveco” markalı 5 saylı avtobusa çırpılmışdır.R.Əmiraslanov və T.Rüstəmova hadisə yerində ölmüş, xəstəxanaya yerləşdirilmiş S.Niyazovun vəziyyəti ağır, digərlərinin vəziyyətləri qənaətbəxşdir. Avtobusun arxa hissəsinə qismən ziyan dəymiş, xəsarət alan olmamışdır. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.