KRİMİNAL XRONİKA

Əsas səhifə

Aprelin 18-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində...

18.04.2019

Aprelin 18-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Şabran rayon sakini V.Səlimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Əli Əsgərovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. 
Qaradağ RPİ tərəfindən araşdırma aparılır. 

Aprelin 15-də saat 9 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Kərimov idarə etdiyi “Toyota” markalı avtomobillə paytaxt sakini Sona Binnətəliyevanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada aprelin 18-də orada ölmüşdür.
Araşdırmalar aparılır. 

ğurluq etdiyinə görə tutulmuş C.Abbasovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 7-də rayon ərazisindəki 2 avtomobildən pul, sənəd, bankomat kartı, telefon kamerası və kosmetik əşyalar oğurlaması da müəyyən edilmişdir.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 16-da  Bakı şəhər sakini R.Xəlilova məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini L.Səfərov saxlanılmışdır.

Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Şemyakindən 450 qram marixuana götürülmüşdür.

Aprelin 18-də Xətai rayonunun Babək prospektindəki mağazaların birindən 2 ədəd təkər diski oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Babayev Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və 34-cü PŞ-yə təhvil verilmişdir.