KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

19.04.2019

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 15-də rayon ərazisindəki mağazaların birindən 1800 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Əliyev saxlanılmışdır. Onun üzərinə şəxsi axtarış keçirilərkən 56,818 qram heroin və 27,540 qram metamfetamin aşkar edilərək götürülmüşdür. 

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 18-də Bakıxanov qəsəbəsindəki evlərin birindən 130 manat pul və 2 ədəd samovar oğurlamaqda şübhəli bilinən, Bakı şəhər sakini olan 1 yeniyetmə saxlanılmışdır.

Aprelin 19-da saat 23 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində Bakı şəhər sakini E.Qaraxanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Elman Qurbanovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 4-də metronun “Memar Əcəmi” stansiyası ərazisində Beyləqan rayon sakini V.Quliyevanın cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotik vasitələrdən istifadə etdiklərinə görə məhkum olunmuşlar, Sumqayıt şəhər sakinləri M.Məmmədov və Ə.Həsənov saxlanılmışlar.