KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş Ə.Zeynallının ətrafında Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi...

20.04.2019

Oğurluq etdiyinə görə tutulmuş Ə.Zeynallının ətrafında Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi, Binəqədi RPİ 7-ci PB və Nəsimi RPİ 19-cu PŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun evlərin birindən 241 manat pul, 2 ədəd mobil telefon və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması və A.Məmmədovun mobil telefonunu dələduzluq yolu ilə alması da müəyyən edilmişdir.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevral ayının 2-də və aprelin 20-də Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birindən 2 mağazanın qarşısından televizorlar oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş E.Abdullayev saxlanılmışdır.