KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində...

25.04.2019

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər xuliqanlıq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş N.Əsgərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 ədəd 50 və 1 ədəd 100 manatlıq saxta əskinaslar aşkar edilərək götürülmüşdür. Faktla bağlı araşdırma aparılır.

Oğurluq etdiklərinə görə tutulmuş A.Məmmədlinin və Ə.İsmayılovun ətraflarında Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların 2017-ci il iyulun 10-da rayon ərazisindəki apteklərin birindən 2800 manat oğurlamaları da müəyyən edilmişdir.

Aprelin 25-də saat 10 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Natiq Məmmədovun idarə etdiyi “VAZ-2107” və Azad Orucovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşmuşdur. Xəsarət almış hər 2 sürücü və A.Orucovun sərnişini xəstəxanaya yerləşdirilmiş, N.Məmmədov orada ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.