KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini...

30.04.2019

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Hacıyev aprelin 29-da gecə saatlarında Talıblı küçəsindən “Niva” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Müraciətlə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs R.Rüstəmov küçəsində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun Abşeron rayon sakini A.Rüstəmov olduğu müəyyən edilmişdir. Araşdırma aparılır.  

Oğurluq etdiyinə görə tutulmuş S.Məmmədovun ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki bir evdən, bir ofisdən, iki həyətyanı sahədən su qızdırıcısı və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir. 

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 31-də rayon ərazisində “Niva” markalı avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş C.Abbasov saxlanılmışdır.

Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-də rayon ərazisindəki həyətyanı sahələrin birindən 100 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev saxlanılmışdır.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da paytaxt sakini O.Məmmədlinin bank kartından 70 manat çıxararaq oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini K.Bəbişov saxlanılmışdır.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də rayon ərazisindəki evlərin birindən içərisində 1150 manat və 100 ABŞ dolları olan seyf, aprelin 27-də isə digər evdən 1400 manat və çanta oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Cabbarov saxlanılmışdır.