KRİMİNAL XRONİKA

Əsas səhifə

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının...

01.05.2019

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən G.Bodrov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən onun yaşadığı evdə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində isə əlavə olaraq heroin və yarım kiloqrama yaxın marixuana da aşkar edilərək götürülmüşdür. Araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş C.Abbasovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 17-ci PŞ-lərin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 25-dən aprelin 3-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən pul, mobil telefon və ətir oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş M.Canızadənin ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 23-dən aprelin 28-dək olan müddətdə rayon ərazisində 5 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.