KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

03.05.2019

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 2-də rayon ərazisindəki ofislərin birindən 2 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Məmmədov saxlanılmışdır.

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 1-də rayon ərazisindəki evlərin birindən 1 ədəd samovar və 70 metr elektik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Əliyev saxlanılmışdır.

Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən mayın 1-də “Nissan” markalı  avtomobildən videoqeydiyyat qurğusu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Ceyhun Abbasovun ətrafında DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin fevral-aprel aylarında rayon ərazisindəki 4 avtomobildən pul və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.