KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə mayın 5-nə keçən gecə Mərdəkan qəsəbəsi ərazisindəki...

07.05.2019

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə mayın 5-nə keçən gecə Mərdəkan qəsəbəsi ərazisindəki müalicə pansionatından 4 ədəd televizorun oğurlanması barədə müraciət daxil olmuşdur. Müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş V.Əliyev saxlanılmışdır. Araşdırma aparılır. 

Quldurluq etdiyinə görə tutulmuş N.Mustafazadənin ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 31-də rayon ərazisindəki evlərin birindən 2500 manat, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 4-də rayon ərazisində 3 avtomobildən pul, sənəd və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəsrullayev saxlanılmışdır.