KRİMİNAL XRONİKA

Əsas səhifə

Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri...

08.05.2019

Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 8-də Bakı şəhər sakini V.Quliyevə məxsus avtomobildən mobil telefon, qol saatı və maqnitofon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ə.Kazımov saxlanılmışdır.

Quldurluq etdiyinə görə tutulmuş Nadir Mustafazadənin ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin yanvar ayında rayon ərazisində 2 evdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.

Daxil olmuş məlumat əsasında Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Türkan qəsəbə sakini B.Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 178 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. 

Metropolitndə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 7-də metronun “20 Yanvar” stansiyasının platformasında R.Şəmiyevaya məxsus, içərisində 160 manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş E.Hüseynov saxlanılmışdır. 

Axtarışda olduğuna görə tutulmuş Natiq Şahbazovun ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 3-də Bakı şəhər sakini M.Adinayevaya məxsus avtomobildən 2 ədəd mobil telefon oğurlaması da müəyyən edilmişdir.