KRİMİNAL XRONİKA

Əsas səhifə

Mayın 10-da saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisində 2 naməlum şəxs...

10.05.2019

Mayın 10-da saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisində 2 naməlum şəxs Şəki rayon sakini R.İsmayılova zor tətbiq edərək mobil telefonunu əlindən almışdır. 24-cü Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri B.İsmayılov və V.Vəliyev saxlanılmışlar. Nizami RPİ tərəfindən araşdırma aparılır. 

Quldurluq etdiyinə görə tutulmuş N.Mustafazadənin ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 2 evdən ümumilikdə 1715 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində Bakı şəhər sakini olan 3 nəfərin  mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunmuş E.Quliyev saxlanılmışdır.