KRİMİNAL XRONİKA

Əsas səhifə

Mayın 11-də saat 22 radələrində Xətai rayonunun X.Rüstəmov küçəsində...

11.05.2019

Mayın 11-də saat 22 radələrində Xətai rayonunun X.Rüstəmov küçəsində Bakı şəhər sakini H.Muxtarov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Həsən Əliyevi vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Xətai RPİ tərəfindən araşdırma aparılır.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 10-da rayon ərazisindəki çoxmənzilli yaşayış binalarının birindən elektrik naqillərini kəsərək oğurlamağa cəhd göstərmiş Şirvan şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş S.Cəfərov saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 3-də həmin binadan 670 metr elektrik naqili oğurlaması da müəyyən edilmişdir.