KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 2-ci PŞ-yə müraciət edən Binə qəsəbə sakini olan qadın mayın 11-də saat 10 radələrində...

13.05.2019

Xəzər RPİ 2-ci PŞ-yə müraciət edən Binə qəsəbə sakini olan qadın mayın 11-də saat 10 radələrində evinə girmiş 2 maskalı şəxsin onu bıçaqla hədələyib oradan 5100 ABŞ dolları apardığını bildirmişdir. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülmüşdür. 2-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən aparılmış araşdırmalarla quldurluq barədə verilmiş məlumat təsdiqini tapmamışdır. Qadının pulu xərcləməsi və ərindən qorxduğu üçün polisə yalan məlumat verməsi müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş N.Mustafazadənin ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.