KRİMİNAL XRONİKA

Əsas səhifə

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Nəsimi RPİ 21-ci PB əməkdaşlarının daxil olmuş...

15.05.2019

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Nəsimi RPİ 21-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Quliyevdən 400 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Soltanovdan heroin və 457 qram marixuana aşkar edilərək götürülmüşdür.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini E.Qurbanovdan 476 qram marixuana aşkar edilərək götürülmüşdür.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də rayon ərazisində paytaxt sakini K.Məmmədovanın avtomobilindən içərisində mobil telefon və kosmetik əşyalar olan çantasını oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş S.Həsənzadə saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Z.Hənifəyevin və A.Ağabalayevin ətraflarında Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən  aparılmış əməliyyat tədbirləri ilə onların aprelin 1-dən mayın 5-dək olan müddətdə rayon ərazisindəki 2 evdən kombi aparatı və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş M.Abdullayevin ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 25-dən martın 24-dək olan müddətdə rayon ərazisindəki 2 evdən inşaat materialları, habelə bir avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.