KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Fətullayev mayın 18-də...

19.05.2019

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Fətullayev mayın 18-də Qala qəsəbəsinin ərazisindən “Kia” markalı avtomobilinin qaçırıldığını bildirmişdir. Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Əlahiddə Çevik Polis Alayı və 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda sübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş H.İsmayılov həmin gün saat 17 radələrində Binə qəsəbəsinin ərazisində avtomobillə birgə saxlanılmışdır. Faktla bağlı Xəzər RPİ tərəfindən araşdırma aparılır. 

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il iyunun 9-da rayon ərazisindəki evlərin birindən 1070 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Səmədov saxlanılmışdır.

Mayın 18-də Qaradağ RPİ 10-cu PB-nə müraciət edən Bakı şəhər sakini R.Seyidov 2018-ci ilin may ayının 18-də “KİA” markalı avtomobilinin oğurlandığını bildirmişdir. Faktla əlaqədar cinayət işi başlanmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri V.Əhmədov və Ə.Məmmədli avtomobillə birgə saxlanılmışlar.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-dən mayın 15-dək olan müddətdə rayon ərazisində 2  avtomobildən  monitor və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Hüseynov saxlanılmışdır.  Ətrafında aparılmış tədbirlərlə onun mayın 18-idə Sulutəpə qəsəbəsində “VAZ-2106” markalı avtomobildən də akkumulyator oğurlaması müəyyən edilmişdir. 

Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən yanvarın 23-də paytaxt sakini K.Mirzəyevin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 6-dan aprelin 27-dək olan müddətdə rayon ərazisində 1 mağazadan ərzaq məhsulları və tütün məmulatı, 1 evin həyətindən kanalizasiya quyusunun qapağını, 4 avtomobildən isə akkumulyator oğurlaması da müəyyən edilmişdir. 

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-nə keçən gecə Binə qəsəbəsi ərazisində “VAZ-21011” markalı avtomobildən 500 manat və yaddaş kartı oğurlamaqda şübhəli bilinən qəsəbə sakini T.Babayev saxlanılmışdır.