KRİMİNAL XRONİKA
Əsas səhifəSabunçu RPİ 42-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında...
22.05.2019
Sabunçu RPİ 42-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nardaran qəsəbə sakini İ.İsmayıl oğluna məxsus həyətyanı sahədəki istixanada keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Hyundai” və “Ford” markalı 2 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş H.Səfərov saxlanılmışdır.
Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 1 mağazadan 150 manat pul və tütün məmulatı və Bakı şəhər sakini E.Abasovanın mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.