KRİMİNAL XRONİKA

Əsas səhifə

Mayın 30-da Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yerləşən mağazaya gəlmiş naməlum şəxs...

31.05.2019

Mayın 30-da Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yerləşən mağazaya gəlmiş naməlum şəxs xuliqanlıq zəminində orada satıcı işləyən Abşeron rayon sakini E.Əhmədovu və müştəri qismində olan paytaxt sakini E.Əsgərovu tapançaya bənzər əşya ilə öldürəcəyi ilə hədələmişdir.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Rəsulov saxlanılmış və evinə baxış zamanı 1 ədəd oyuncaq tapança aşkar olunaraq götürülmüşdür.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin dekabr ayından bu il may ayının 30-dək olan müddətdə rayon ərazisindəki fəaliyyət göstərməyən ofisdən 200000 manat dəyərində müxtəlif əşya, mebel və tikinti materialları oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Ə.Əliyev saxlanılmışdır.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 31-də rayon ərazisindəki evlərin birindən 4000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Əliyev saxlanılmışdır. 

Daxil olmuş məlumat əsasında Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Aslanovdan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron götürülmüşdür.