KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən iyunun 1-də rayon ərazisindəki mağazaların birindən...

02.06.2019

Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən iyunun 1-də rayon ərazisindəki mağazaların birindən pul və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Z.Əliyev və S.Əliyev saxlanılmışlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların aprelin 6-dan mayın 30-dək oln müddətdə 6 evdən geyim və məişət əşyaları, habelə “VAZ-2107” markalı avtomobildən akkumulyator oğurlamaları da müəyyən edilmişdir.

Cari il mayın 31-də Nəsimi rayonunun M.Cəfərov küçəsində naməlum şəxs idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarında dayanmış 3 avtomaşına vurmuş və sonra bu nəqliyyat vasitəsindən düşərək hadisə yerini tərk etmişdir. Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən avtomobilə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əsgərov müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.

Oğurluq etdiyinə görə tutulmuş Ə.Əliyevin ətrafında Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 26-dan 31-dək olan müddətdə rayon ərazisindəki 3 evdən kombi aparatları oğurlaması da müəyyən edilmişdir.