KRİMİNAL XRONİKA

Əsas səhifə

DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri...

05.06.2019

DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 16-da və 26-da rayon ərazisindəki 2 evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əhmədov saxlanılmışdır. 

Daxil olmuş məlumat əsasında Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Babayevdən 2 kiloqram 185 qram marixuana götürülmüşdür.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 23-də rayon ərazisindəki evlərin birindən  700 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Dünyamalıyev saxlanılmışdır. 

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Suraxanı RPİ 32-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun mayın 12-də rayon ərazisindəki mağazaların birindən 170 manat pul, 12 ədəd mobil telefon və qol saatı oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş M.Hüseynovanın ətrafında Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri olan 2 qadının çantalarından pul kisələrini oğurlaması da müəyyən edilmişdir. 

Oğurluq etdiyinə görə tutulmuş M.Canızadənin ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 10-da rayon ərazisindəki çay evlərinin birindən televizor oğurlaması da müəyyən edilmişdir.