KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 7-də saat 11 radələrində Səbail rayonunun A.İsmayılov küçəsində...

07.06.2019

İyunun 7-də saat 11 radələrində  Səbail rayonunun A.İsmayılov küçəsində Ağsu rayon sakini F.Abuşov mübahisə zəminində Bakı şəhər sakini olan tanışı K.Mikayılovaya bıçaqla xəsarət yetirdikdən sonra Neftçi Qurban küçəsində inşa edilməkdə olan binanın tikintisində istifadə edilən krana çıxaraq intihara cəhd göstərmişdir. Cəhdin qarşısı alınmış, F.Abuşov polis əməkdaşları tərəfindən saxlanılaraq 8-ci Polis Bölməsinə gətirilmişdir. K.Mikayılova hadisə yerində ölmüşdür.  Araşdırma aparılır.  

Baş Cinayət Axtarışı İdarəsi və Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Şirəliyevin mobil telefonunu hədə-qorxu gələrək almaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş D.Cəfərov saxlanılmışdır.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində işlədiyi mağazada E.Məsimova 1 ədəd 100 manatlıq saxta əskinas verməkdə sübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş M.Əliyev saxlanılmışdır.
Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən rayon ərazisində 2 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Biləcəri qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş S.Məmmədov və qardaşı Z.Məmmədov saxlanılmışlar.

Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən rayon ərazisində Ə.Həsənova məxsus avtomobildən 300 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən E.Əliyev saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun A.Abbaszadənin 300 manat pulunu və sənədini oğurlaması da müəyyən edilmişdir.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Quliyevi bıçaqla hədələyib qol saatını quldurluq yolu ilə almaqda  şübhəli bilinən Müşfiqabad qəsəbə sakini F.Vəliyev saxlanılmışdır.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 3000 manat pul və 1000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini E.Vəliyevi bıçaqla hədələyib 688 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən İmişli rayon sakini H.Quluzadə və Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılmışlar.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 6-da  Neftçala rayon sakini E.Abdullayevi aldadıb pul və sənədini almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Qəniyev saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun K.Əlizadəyə, İ.Hüseynzadəyə və R.Qasımlıya qarşı dələduzluq etməsi də müəyyən edilmişdir.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan E.Rzazadədən 1 kiloqram 145 qram marixuana götürülmüşdür. Ğ

Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki köşklərdə yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması faktları aşkar edilmişdir.  Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satdıqlarına görə həmin köşklərin 2 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi ilə protokollar tərtib edilmişdir. 

İyunun 7-də saat 22 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Novruzov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini Rəsul Abbasovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.