KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 11-də saat 19 radələrində Binəqədi rayonunun Azadlıq prospektində...

11.06.2019

İyunun 11-də saat 19 radələrində Binəqədi rayonunun Azadlıq prospektində Bakı şəhər sakini R.Kazımov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Vaqif Həsənovu vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon ərazisində “Priora” markalı avtomobilin 4 ədəd təkər üzlüyünü oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.İmanov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun daha 3 evdən məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilmişdir.

Səbail RPİ 8-ci PB-nin əməkdaşları tərəfindən mayın 20-də rayon ərazisindəki evlərin birindən 185 manat oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini M.Dibirov saxlanılmışdır.