KRİMİNAL XRONİKA

Əsas səhifə

Baş Cinayət Axtarışı İdarəsi, Bakı şəhər BPİ və Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının...

12.06.2019

Baş Cinayət Axtarışı İdarəsi, Bakı şəhər BPİ və Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də əcnəbi vətəndaş F.Karamanın içərisində 200 manat və pasport olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Masallı rayon sakini E.İbadzadə və Şuşa şəhər sakini O.Məmmədov saxlanılmışdır. 

İyunun 12-də saat 4 radələrində Salyan şossesində Bakı şəhər sakini K.İsgəndərov idarə etdiyi “BMW” markalı avtomobili yanacaqdoldurma məntəqəsinin girişindəki qiymət lövhəsinə vurmuş və avtomobildə yanğın baş vermişdir. Nəticədə sərnişin, avtomobilin sahibi olan paytaxt sakini Əsədağa Rəcəbov hadisə yerində ölmüş, sürücü xəstəxanaya yerləşdirilmişdir. Səbail RPİ tərəfindən araşdırma aparılır. 

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qala qəsəbə sakini E.Hacatovun evindən 70 manat, həyətindən isə 65 metr elektrik naqili və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.İsgəndərov saxlanılmışdır. 

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də M.Ə.Rəsulzadə qəsəbəsindəki mağazaların birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Həsənova saxlanılmışdır. 

Səbail RPİ 9-cu PB və Metropolitendə PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 2-də paytaxt sakini olan bir qadının içərisində pul və mobil telefon olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Cəfərov saxlanılmışdır.