KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər BPİ və Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri...

13.06.2019

Bakı şəhər BPİ və Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-nə keçən gecə Zığ qəsəbəsindəki evlərdən birinin həyətindən 40 ev quşu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Əhmədov, Bərdə rayon sakinləri N.Zərbəliyev və A.Cəbrayılov saxlanılmışlar. Ətraflarında aparılmış tədbirlərlə onların həmin gün daha 1 evin həyətindən 6 ev quşu oğurlamaları da müəyyən edilmişdir.

Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən iyunun 12-də metronun “20 Yanvar” stansiyasındakı mağazaların birindən paytaxt sakini B.Nadirovun içərisində 200 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənov saxlanılmışdır.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-dan iyunun 12-dək olan müddətdə rayon ərazisində 1 avtomobildən akkumulyator və 1 nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Bayramov saxlanılmışdır.

Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən paytaxt sakini C.Şahməmmədovun 1600 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılmışdır.