KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

15.06.2019

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 10-da Ş.Əliyevanı döyüb quldurluq yolu ilə 107 manat pulunu və mobil telefonunu almaqda şübhəli bilinən Bakı şəhər sakini B.Hobalov saxlanılmışdır.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da Xətai rayonu ərazisində “Hyundai” markalı avtomobildən 5600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş A.Şirvanov saxlanılmışdır.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 13-də 592 saylı xətt avtobusunda Abşeron rayon sakini Ç.Məmmədovun cibindən 59 manat pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Misdimov saxlanılmışdır.

Nəsimi RPİ 22-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş iyunun 15-də oteldəki otağından 300 manat pulunun oğurlanmasını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini S.Əliyeva qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.