KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 18-nə keçən gecə Nərimanov rayonu A.Nemətulla küçəsindən Bakı şəhər sakini...

18.06.2019

İyunun 18-nə keçən gecə Nərimanov rayonu A.Nemətulla küçəsindən Bakı şəhər sakini N.Şirəliyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmışdır. Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağamuradov həmin gün saat 15 radələrində Abşeron rayonu ərazisində avtomobillə birgə saxlanılmışdır. Araşdırma aparılır.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Toyota” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Mehdizadə saxlanılmışdır.

Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-15-də rayon ərazisindəki 2 evdən ümumilikdə 340 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Fərəcov saxlanılmışdır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 29-da Bakı şəhər sakini İ.İsmayılovanın çantasından 750 manat dəyərində qızıl bilərzik və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Səfərov saxlanılmışdır.