KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

21.06.2019

Suraxanı RPİ 31-ci PB  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır. 

Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluq etməyə cəhd göstərən şəxs saxlanılıb. Səbail rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birindəki qızıl satışı şöbəsindən 235 manat dəyərində qızıl sırğanı oğurlamağa cəhd göstərmiş şəxs orada xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. 9-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Əjdər Bəşirov olduğu müəyyən edilmişdir. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il aprel ayının 4-də həmin ticarət mərkəzinin digər qızıl satışı şöbəsindən 330 manat dəyərində qızıl sırğa oğurlaması da müəyyən edilmişdir. Araşdırma aparılır.