KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 27-də saat 9 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində...

27.06.2019

İyunun 27-də saat 9 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində aparılan tikinti sahəsində Bakı şəhər sakini M.Abdullayev idarə etdiyi “KamAZ” markalı avtomobili arxaya verərkən orada fəhlə işləyən Şəki şəhər sakini Fazil Seyidovu vurmuş və o, hadisə yerində ölmüşdür. Araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş S.Pimenovun ətrafında Suraxanı RPİ 30-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Hövsan qəsəbəsi ərazisində 4 yaşayış binasından liftlərin əyləc dolaqlarını sökərək oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 27-də rayon ərazisindəki parkların birində Bakı şəhər sakini E.Süleymanovun cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş İ.Mahmudov saxlanılmışdır.